Siyasət

12 Oktyabr

Türkiyə və Rusiya arasında enerji sahəsində yeni əməkdaşlıq müzakirə edilib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiya Baş nazirinin müavini Aleksandr Novakla iki ölkə arasında enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib.

Fins.az-ın məlumatına görə, bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Moskvada Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə görüşümüz oldu. Enerji sahəsində mühüm layihələri birgə həyata keçirdiyimiz Rusiya ilə əməkdaşlıq üçün yeni imkanları qiymətləndirdik", - paylaşımda qeyd olunur.

Xatırladaq ki, Bayraktar “Rusiya Enerji Həftəsi”ndə iştirak etdiyi Moskvada səfərdədir. Bundan əvvəl o, “Qazprom”un rəhbəri Aleksey Miller ilə də danışıqlar aparıb.

Murad Abdullayev
Fins.az