Siyasət

11 Oktyabr

Exxon şist neftinə hakim olmaq üçün Pioneer-i 60 milyard dollara alacaq

"Exxon Mobil Corp"  Pioneer Natural Resources Co.-nu 59,5 milyard dollara almağa razılaşıb. Bu da şist neftinin dominant istehsalçısı olmaq istəyən supermajorun son iyirmi ildən çox müddətdə ən böyük ələ keçirməsidir.

Fins.az dünən verilən açıqlamaya istinadən xəbər verir ki, "Exxon" hər bir səhm üçün 253 dollar ödəyəcək. Müqavilə Exxon-un 1999-cu ildə Mobil Corp. ilə birləşməsindən bəri ən böyük alışına yol açır. Bu isə ilin elan edilən dünyanın ən böyük korporativ satınalmasıdır.

Günel Məlikzadə
Fins.az