Siyasət

10 Oktyabr

Bolqarıstan, Yunanıstan və Rumıniya Şaquli Qaz Dəhlizinin gələcək inkişafı barədə razılığa gəliblər

Şaquli Qaz Dəhlizinin gələcək inkişafı barədə razılaşma əldə edilib.

Fins.az xəbər verir ki, bu barədə Bolqarıstan, Yunanıstan və Rumıniya baş nazirlərinin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, regionda enerji təhlükəsizliyi ilə əlaqədar cari çağırışları nəzərə alaraq, həmçinin enerji daşıyıcları tədarükünün marşrut və resurslarının diverfisikasiyasına gələcəkdə də yardım etmək məqsədilə tərəflər Şaquli Qaz Dəhlizinin praktik planda gələcək inkişafı barədə razılığa gəliblər.

"Bu layihə Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoru və Aleksandrupolisdəki üzən maye təbii qaz (MTQ) terminalı ilə birlikdə tədarüklərin diversifikasiyasına, Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə və oldova Respublikası və ola bilsin, Ukrayna da daxil olmaqla daha geniş regionun enerji müstəqilliyinə mühüm töhfə verəcək.

Qeyd edək ki, Şaquli Qaz Dəhlizi konsepsiyası Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan arasında təbii qazın ikitərəfli nəql imkanlarının inkişafına yönəlib. Şaquli Qaz Dəhlizi Avropanın enerji siyasətinin mühüm hədəfləri olan enerji təhlükəsizliyi və bazarların inteqrasiyasına marşrut və mənbələri diversifikasiyalaşdırmaqla, eləcə də rəqabəti gücləndirməklə nail olmağa imkan yaradacaq.

Fuad Mədətov
Fins.az