Siyasət

10 Oktyabr

2050-ci ilə qədər 1 milyon mədənçi işsiz qala bilər

Beynəlxalq beyin mərkəzi Global Energy Monitor (GEM) tərəfindən hazırlanan Global Coal Mine Tracker hesabatında qlobal kömür istehsalının 90 faizindən məsul olan 4300 aktiv və planlaşdırılan kömür mədənində məşğulluq məlumatları dərc edilib.

Fins.az araşdırmaya istinadən xəbər verir ki, dünyada fəaliyyət göstərən kömür mədənlərində 2,7 milyon mədənçi birbaşa olaraq çalışır.

Kömür sənayesinin 2035-ci ilə qədər yarım milyona yaxın iş yerini ixtisar edəcəyi proqnozlaşdırılır. Bu, gündə orta hesabla 100 işçinin işdən çıxarılma riski ilə üzləşməsi deməkdir.

Proqnozlaşdırılan mədənlərin bağlanmasını nəzərə alsaq, 2050-ci ilə qədər təxminən 1 milyon işçi iş yerini itirə bilər.

Günel Məlikzadə
Fins.az