Siyasət

10 Oktyabr

Almaniyada sənaye istehsalı həcmi 0.2% azalıb

Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyinin verdiyi məlumata görə, ölkədə sənaye istehsalı həcmi iyun ayı ilə müqayisədə iyul ayında 0.6% azaldıqdan sonra, avqust ayında mövsümi dalğalanmaları nəzərə alaraq, ayliq ifadədə 0.2% azalıb.

Analitiklər proqnoz edirdilər ki, göstərici aylıq ifadədə 0.1% azalıb. Eyni zamanda, iyun-iyul aylarında azalma ilkin olaraq 0.8% səviyyəsində qiymətləndirilirdi, lakin göstərici yeniləndi.

İllik ifadədə avqust ayında ölkədə sənaye istehsalı 2% azalıb. Bir ay əvvəl göstərici illik ifadədə 1.7% azalmışdır.

Avqust ayında enerji və tikinti sektorları istisna olmaqla sənaye istehsalı iyul ayı ilə müqayisədə 0.5% artıb. Sənaye və texniki məhsulların istehsalının həcmi 1.3% artıb, istehlak mallarının istehsalı isə 1.4% azalıb.