01 oktyabr 2023-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Fins.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumata görə, 2023-ci ilin 9 ayında AÇG yatağından: 5 234 mln. ABŞ dolları, Şahdəniz yatağından isə (qaz və kondensat) 1 183 mln. ABŞ dolları gəlir daxil olub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 259,554 mln. ABŞ dolları təşkil edib.
Günel Məlikzadə
Fins.az