Siyasət

06 Oktyabr

Rusiya dizel yanacağının ixracına qoyulan qadağanı qismən ləğv edib

Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkədə davam edən yanacaq ixracı qadağasında bəzi dəyişikliklərin edildiyi bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, neft emalı zavodları üçün subsidiyaların və ya amortizasiya ödənişlərinin yenidən başlandığına dair məlumatların yer alıb. Açıqlamada istehsalçının istehsal etdiyi dizelin 50%-nin yerli istehsala tədarük edilməsi şərti ilə istehsalçının dizel yanacağını da limanlardan boru kəmərləri vasitəsilə ixrac edə biləcəyi qeyd edilib.

Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub.

Baş nazirin müavini Aleksandr Novak oktyabrın 3-də verdiyi açıqlamada bildirib ki, qadağa daxili bazarda sabitlik əldə olunana qədər davam edəcək.

Günel Məlikzadə
Fins.az