Siyasət

03 Oktyabr

ARDNF ötən ay satılan valyutanın həcmini açıqlayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.

Fonddan Fins.az-a verilən məlumata görə, ARDNF tərəfindən 2023-cü ilin sentyabr ayı ərzində 164,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, ARDNF tərəfindən 2023-cü ilin avqust ayı ərzində 93,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fuad Mədətov
Fins.az