Siyasət

02 Oktyabr

Azərbaycan Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkiyə arasında sənaye və texnologiya sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edilib.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

"Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq", - deyə o, qeyd edib.

Fuad Mədətov
Fins.az