Siyasət

02 Oktyabr

İraq-Ceyhan boru kəməri bu həftə işə düşəcək

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İraq-Ceyhan neft kəmərinin bu həftə yenidən işə düşəcəyini bildirib.

Fins.az xəbər verir ki, Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında çıxış edən Bayraktar, xəttin 6 fevral zəlzələsi və sonrakı daşqınlar nəticəsində zədələndiyini xatırladıb. Xəttin bu gündən etibarən istismara hazır vəziyyətə gətirildiyini bildirən Bayraktar deyib:

“Bu həftə yenidən fəaliyyətə başladıqdan sonra qlobal neft bazarlarına qaz tərəfi üçün yarım milyon barrel çatdıracaq İraq-Türkiyə boru kəmərini istismara verəcəyik". 
Günel Məlikzadə
Fins.az