Siyasət

28 Sentyabr

Çində sənaye müəssisələrinin ümumi mənfəəti 4,66 trilyon yuan olub

Milli Statistika Bürosunun (UIB) məlumatına görə, illik dövriyyəsi 20 milyon yuandan (2,74 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti yanvar-avqust dövründə 4,66 trilyon yuan (640 milyard dollar) olub.

Fins.az xəbər verir ki, sənaye şirkətlərinin mənfəəti iyunda 8,3 faiz, iyulda isə 6,7 faiz azaldıqdan sonra avqustda 17,2 faiz artıb.

Digər tərəfdən, gəlirlilik ilin əvvəlindən bu yana azalma tendensiyasını davam etdirərək, ötən illə müqayisədə 8 aylıq dövrdə 11,7 faiz azalıb.

UİB statistik mütəxəssisi Yu Weyning, sənaye istehsalında sabit bir canlanmanın görüldüyünü, artımı dəstəkləyən siyasətlərin keçən aydan etibarən təsirini göstərdiyini və bunun gəlirliliyə əks olunduğunu qiymətləndirib.
Günel Məlikzadə
Fins.az