Siyasət

26 Sentyabr

Aİ-nin Rusiyadan enerji idxalı ikinci rübdə azalıb

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübündə Aİ-yə üzv 27 ölkənin ümumi enerji idxalı ilə bağlı məlumat dərc edib.

Fins.az xəbər verir ki, 2021 və 2022-ci illərdə sürətlə artan Aİ enerji idxalı 2023-cü ilin birinci və ikinci rübündə azalıb.

Aİ-nin enerji idxalının ümumi dəyəri bu ilin ikinci rübündə 2022-ci ilin eyni rübü ilə müqayisədə 39,4 faiz, xalis kütləsi isə 11,3 faiz azalıb.

Ötən ilin ilk rübündə 15,9 faizlə Aİ-nin neft məhsulları tədarükündə birinci yerdə olan Rusiyanın payı bu ilin eyni dövründə 2,7 faizə düşüb.

İkinci rübdə Aİ-nin neft məhsulları idxalında Norveçin payı yüzdə 13,7, ABŞ-ın payı yüzdə 13,6, Qazaxıstanın payı yüzdə 10,2, Səudiyyə Ərəbistanının payı isə yüzdə 9-a yüksəldi.

Ötən ilin ikinci yarısında Rusiyanın təbii qazda payı 28,3 faiz olduğu halda, bu ilin ikinci rübündə 13,8 faizə enib. Bu dövrdə Aİ-nin boru kəməri ilə qaz idxalında ilk yeri 44,3 faizlə Norveç tutub.

İkinci rübdə Aİ-nin mayeləşdirilmiş təbii qaz (LNG) idxalında birinci yeri yüzdə 46,4 ilə ABŞ, yüzdə 12,4 ilə Rusiya, yüzdə 10,9 ilə Qətər, yüzdə 9,9 ilə Əlcəzair və yüzdə 5,1 ilə Nigeriya izlədi.

Günel Məlikzadə 
Fins.az