Siyasət

26 Sentyabr

Azərbaycan neftinin qiyməti 99 dollara düşüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Fins.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.91 dollar və ya 0.91% azalaraq 99.06 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin qiyməti sentyabrın 15-də 2023-cü ildə ilk dəfə 100 dolları ötüb və 100,53 dollara bərabər olub.

Günel Məlikzadə
Fins.az