Siyasət

22 Sentyabr

AÇG-dən 580 mln. ton neft və “Şahdəniz”dən isə indiyədək 43 mln. ton qaz hasil edilib

Azərbaycanda neft hasilatının 63%-ni təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70%-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 623 mln. ton neft və kondensat hasil edilib.

Fins.az xəbər verir ki, bunu “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə AÇG-dən 580 mln. ton neft, “Şahdəniz”dən isə 43 mln. ton qaz kondensatı hasil edilib.

Qeyd edilib ki, hesabat dövründə qeyd olunana yataqlardan hasil edilən 621 mln. ton neft-kondensat ixrac olunur.

Bundan başqa nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

Fuad Mədətov
Fins.az