Siyasət

20 Sentyabr

İran gündəlik neft hasilatını 3,4 milyon barrelə çatdıracaq

İranın Neft Nazirliyinə bağlı Enerji Xəbər Agentliyinin (SHANA) verdiyi məlumata görə, Hocestemehr paytaxt Tehranda keçirilən iclasda çıxış edərək, ölkəsinin Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) hasilat payının əvvəlki dövrə qayıtdığını bildirib. 

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, cari hökumət dövründə neft hasilatını 2,2 milyon bareldən 3,3 milyon barrelə yüksəltdiklərini ifadə edən Hocestemehr, "Neft hasilatımız 10 gündə 100 min barrel artımla 3,4 milyon barrelə çatacaq" -dedi. 

İran rəsmisi 8 il ərzində ölkəsinin neft hasilatını 5,7 milyon barrelə çatdırmağı planlaşdırdıqlarını bildirib.

2018-ci ilin mayında ABŞ-ın sanksiyaları bərpa etməsindən sonrakı dövrdə İran neft satmaqda çətinlik çəkib və o zaman hasilatı sutkada 2 milyon barrelə düşüb.

Günel Məlikzadə 
Fins.az