Siyasət

20 Sentyabr

Neftçilər gününüz mübarək!

 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və bütün dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları imzalandı. Bu kontraktlar Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsini açdı.

Bu tarixi hadisədən sonra 2001-ci ildən etibarən hər ilin bu günü Azərbaycanda Neftçilər günü kimi qeyd edilir.

Fins.az komandası olaraq biz də Sizi peşə bayramınız - Neft, Qaz və Yanacaq Sənayesi İşçiləri Günü münasibətilə ürəkdən təbrik edirik!

Sizlərə can sağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Günel Məlikzadə 
Fins.az