Siyasət

15 Sentyabr

Neft-qaz sektorunda neçə nəfər çalışır və nə qədər maaş alırlar?

Yanvar-avqust aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər çalışıb, qeyri neft-qaz sektorunda isə 1674,9 min nəfər çalışıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3571,2 manat, qeyri neft-qaz sektorunda 874,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 889,3 manat, özəl müəssisələrdə isə 964,9 manat olub.

Fuad Mədətov
Fins.az