Siyasət

14 Sentyabr

Azərbaycanda kimya sənayesi və əczaçılıq məhsullarının istehsalı artıb - CƏDVƏL

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1453,3 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9%, kimya sənayesi məhsullarının istehsalı 6%, əczaçılıq məhsullarının istehsalı isə 2,8% artıb.

Məlumata görə, kimya sənayesi məhsullarından polietilen istehsalı 34%, etilen istehsalı 33,1%, propen (propilen) istehsalı 28,6%, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,3 dəfə, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 31,3%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 11,2% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2023-cü ilin yanvar-avqust aylarında istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.09.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Kimya sənayesi məhsulları

Təsirsiz qazlar, min kub metr

32 910,8

119,2

49,6

ondan:

 

 

 

azot, min kub metr

15 737,7

101,7

42

Lak-boya məmulatları, ton

24 077,5

119,2

172,8

Qeyri-üzvi kimyəvi maddələr, min ton

18 110

122,8

4 970

ondan:

 

 

 

yod, ton

139,8

112,4

44,2

Üzvi kimyəvi maddələr, min ton

634,9

102,1

43,7

ondan:

 

 

 

etilen, min ton

114,7

133,1

0,8

propen (propilen), min ton

103,8

128,6

1,1

metanol (metil spirti), min ton

303,9

85

35,8

Etil spirti, min dkl

32,2

137

38,4

Gübrə və azot birləşmələri, min ton

244,2

67,4

58,3

ondan:

 

 

 

karbamid, min ton

244

67,3

58,1

İlkin formada plastik kütlə, min ton

217

134,9

17,8

ondan:

 

 

 

polietilen, min ton

112,7

134

6,6

Yapışqan və yapışdırıcı maddələr, min ton

75,5

112,9

6,2

 

Fuad Mədətov
Fins.az