Siyasət

14 Sentyabr

Şahdəniz" qazının ixracı 8%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 27 109,8 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, qaz nəqlinin 53,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.Belə ki, hesabat dövründə bu kəmərlə 14 589,9 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,4%-lik artım).

Günel Məlikzadə 
Fins.az