Siyasət

13 Sentyabr

Aİ Çinə qarşı istintaq başladacaq

Avropa Birliyi sənayenin rəqabət qabiliyyətindən narahat olduğu üçün Çinin elektriklə işləyən avtomobillərə verdiyi subsidiyalarla bağlı araşdırmaya başlayır.

 Araşdırma elan edən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen qlobal bazarın ucuz Çin avtomobilləri ilə dolu olduğunu bildirib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Leyen Avropa Parlamentindəki illik çıxışında dedi:

“Dövlət böyük subsidiyaları ilə qiymətləri süni şəkildə aşağıda saxlayır. Bu vəziyyət bazarı pozur. Biz bu təhrifi nə öz daxili bazarımızda,  nə də xarici bazarımızda qəbul edirik".

Çinin qisas alacağına dair narahatlıqlara baxmayaraq istintaqın açılması faktı avropalı istehsalçıların Çin sənayesi ilə rəqabət aparmaq qabiliyyətinə dair artan həyəcan siqnalı kimi qiymətləndirilir.

Günel Məlikzadə 
Fins.az