Siyasət

11 Sentyabr

Neftin daha da bahalaşması ehtimalı var

Hazırda dünyada neftin qiymətləri sabitdir və onların azalmaqdan daha çox artımı ehtimalı var.

Fins.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib.

“Qlobal bazara nəzər salsanız, görərsiniz ki, dünyada neft ehtiyatları çox ciddi şəkildə azalır, bu o deməkdir ki, indiki səviyyədən onların (neftin qiymətləri - red.) azalmaqdan daha çox artım ehtimalı var. Ona görə də onlar sabitdir və mən əminəm ki, gələcəkdə, hətta indiki və daha yüksək qiymətlər qalsa belə, OPEC+ üçün hasilatı artırmaq üçün məkan olacaq”, - Maksim Oreşkin qeyd edib.

O əlavə edib ki, ilin birinci yarısında neftin qiyməti kifayət qədər aşağı düşüb, lakin indi bərpa olunub.