Siyasət

07 Sentyabr

Almaniyada sənaye istehsalı üçüncü ayda azalıb

Almaniyada sənaye istehsalı iyul ayında yenidən düşərək Avropanın ən böyük iqtisadiyyatında tənəzzülə diqqət çəkən yeni göstəricidir.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniyada sənaye istehsalı iyulda əvvəlki ayla müqayisədə 0,8 % azalıb.

Visbadendəki statistika idarəsinin məlumatına görə, ölkədə sənaye istehsalı hər il 2,1 % azalıb.

İqtisadçıların proqnozu aylıq 0,4 % azalma olacağı idi.

Digər tərəfdən, istehsal indeksi dekabr ayından bəri ən aşağı səviyyəsini gördü. 

Zəminə Hüseyn
Fins.az