Siyasət

06 Sentyabr

''Şahdəniz'' yatağı üzrə gəlirlər AÇIQLANIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ''Şahdəniz'' qaz və kondensat yatağından (qaz və kondensat satışından) əldə etdiyi gəlirlərini açıqlayıb.

ARDNF-dən Fins.az-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən sentyabrın 1-dək 1 183 mln. ABŞ dolları məbləğində gəlir əldə edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər yanvarın 1-dən sentyabrın 1-dək  259,554  mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Şahdəniz yatağından (qaz və kondensat) yanvarın 1-dən iyulun 1-dək 1 002 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər yanvarın 1-dən iyulun 1-dək 210,851 mln. ABŞ dolları təşkil edib.
 
Zəminə Hüseyn
Fins.az