Siyasət

01 Sentyabr

İyulda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya birincidir

İyulda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (89,6 milyon ABŞ dolları) birinci olub.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, iyulda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Yanvar-iyul ayları ərzində Rusiya Federasiyasına 641,9 milyon ABŞ dolları, Türkiyəyə 555,1 milyon ABŞ dolları, Gürcüstana 198,7 milyon ABŞ dolları,İsveçrə Konfederasiyasına 81,8 milyon ABŞ dolları, Qazaxıstana isə 66,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.