Siyasət

01 Sentyabr

İyulda qeyri-neft ixracı 233,2 milyon dollar olub

İyulda qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 233,2 milyon ABŞ dolları təşkil edib.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 60,1 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,5 faiz artaraq 173,2 milyon ABŞ dollarına bərabər olub.