Siyasət

30 Avqust

Azərbaycanda neft kəmərlərində itkilər artıb

Bu ilin birinci yarısında Azərbaycanda neft kəmərlərində 1,7 min ton itki olub, bu da illik müqayisədə 30,8% çoxdur.
 
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 1,3 min ton təşkil edib.
 
Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 649,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 10,7% çoxdur. Hesabat dövründə nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 15 025,4 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 6,48% çoxdur.
 
Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır.