Siyasət

30 Avqust

İyun ayında Yunanıstan Azərbaycandan qaz idxalını 7% artırıb

2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat" məlumat yayıb.

İyun ayında idxal may ayındakı 163 milyon kubmetr qazla müqayisədə 7,1 faiz artım nümayiş etdirərək, 174,6 milyon kubmetr olub.

Yunanıstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərclərin ümumi məbləği 2023-cü ilin ilk altı ayı ərzində 523,8 milyon avro olub.

İyun ayında xərclər may ayındakı 68,8 milyon avro ilə müqayisədə 58 milyon avro olub (15,7 faiz azalma).

Energetika Nazirliyinin məlumatlarına görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.