Siyasət

30 Avqust

Misir 2025-ci ilə qədər 35 yeni qaz quyusu qazacaq

Misir Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, baş nazir Mustafa əl-Medbuli neft və mineral sərvətlər naziri Tarik əl-Mollanı qəbul edib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Molla görüşdən sonra ölkəsinin 2025-ci ilə qədər Aralıq dənizi və Nil Deltasında 45 təbii qaz quyusu qazmağı planlaşdırdığını, bunlardan 10-nun 2022-2023-cü maliyyə ilində həyata keçirildiyini bildirib.

2025-ci ilin iyun ayında başa çatacaq sərmayəsi 1,5 milyard dollardan çox olan 35 yeni təbii qaz qazma quyusunun qazılacağını da əlavə edən Molla, ölkənin hasilat sürətini artırmağı hədəflədiklərini söyləyib.

Molla qazılan 10 təbii qaz quyusunun yeni kəşflər təmin etdiyini, Aralıq dənizindəki Nergis qaz ehtiyatının bunlardan ən önəmlisi olduğunu qeyd edib.

Molla qazılacaq yeni quyuların yerləri barədə məlumat verməyib.

Son illər özünü təbii qazla təmin edən Misir neft və təbii qaz ehtiyatlarını artırmaq üçün çox çalışır.

Zəminə Hüseyn
Fins.az