Siyasət

30 Avqust

“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında azalıb

Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq, 296 milyard rubla (təxminən 3 milyard dollar) bərabər olub. Bununla belə, şirkət ilin birinci yarısında 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə “Qazprom” açıqlama yayıb.

Xalis mənfəətin azalmasının səbəbinin dollar və avroya qarşı rublun dəyərdən düşməsi olduğu vurğulanıb.

Açıqlamada, həmçinin şirkətin Avropaya göndərdiyi təbii qazın miqdarının azalmasının Çinə təbii qaz ixracatındakı artımla “qismən kompensasiya edildiyi” bildirilib.

Xatırladaq ki, Avropanın bir çox ölkəsi Ukraynadakı müharibə səbəbindən Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq qərarına gəlib.