Siyasət

29 Avqust

Qazaxıstan Almaniyaya 890 min ton neft ixrac edəcək

Qazaxıstan 2023-cü ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək.

Fins.az xəbər verir ki, bu barədə Qazaxıstan milli neft və qaz şirkətindən (KazMunayQaz) məlumat verilib.

Şirkətin idarə heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyada danışıqlar aparıb.

Mirzəqaliyev, keçirilən görüşdə bildirib ki, Almaniya prezidenti Frank Valter Ştaynmayer iyun ayında Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında xam neftin tədarükünə dair müqavilə imzalanıb.

"2023-cü ildə Almaniyaya tədarük edəcəyimiz neftin ümumi həcmi ən azı 890 min tondur. Bundan başqa, Qazaxıstan bu ilin ilk 7 ayında Drujba neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac edib", - deyə Mirzəqaliyev vurğulayıb.

Danışıqlar zamanı Almaniya tərəfi Qazaxıstandan tədarük olunan neftin həcmini artırmaq əzmində olduqlarını təsdiqləyib.