Siyasət

18 Avqust

Yanvar-iyul aylarında 179,5 min ton neft koksu ixrac olunub

Bu ilin yanvar-iyul aylarında ölkədən 179,5 min ton neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 49 milyon 515,8 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 78 min tona yaxın və ya 16 milyon 616,1 min dollar dəyərində neft koksu ixrac edilib.