Siyasət

17 Avqust

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 20 796,5 milyon kubmetr təbii qaz nəql edilib.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% çoxdur.

Yanvar-iyun aylarında nəqletmənin 52,5%-i Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 10 915,1 milyon kubmetr "mavi yanacaq" ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 6,6% çoxdur.