Siyasət

16 Avqust

Azərbaycan ötən ay “OPEC+” kvotasından 185 min barel geri qalıb

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub.

Fins.az xəbər verir ki, Energetika Nazirliyindən bildirilib ki, bunun 499 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Beləliklə, Azərbaycan iyul ayında “OPEC+” çərçivəsində gündəlik xam neft hasilatı üzrə kvotasından 185 min barel geridə qalıb.