Siyasət

15 Avqust

Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 1,7 mlrd. manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 743,6 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,7%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, yanvar-iyul aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 318,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 16,7% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.