Siyasət

15 Avqust

ABŞ əsas istehsalat sahələrində neft hasilatını cüzi azaldacaq

ABŞ Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin sentyabrında avqust ayı ilə müqayisədə ölkədə əsas istehsalat sahələrində (hasilatın əsas hissəsi şist neftinin payına düşür – red.) neft hasilatı artacaq.

Fins.az ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasına (EIA) istinadən verdiyi məlumata görə, gələn ay ən iri yataqlarda ortalama gündəlik neft hasilatı 20 min barel və ya 0,2% azalaraq, 9,415 mln. barel təşkil edəcək.

Məlumata görə, hasilat üzrə azalma "Permian", "Eagle Ford", "Anadarko" və "Appalachia” yataqlarının payına düşəcək.