Siyasət

14 Avqust

Azərbaycanda benzinin istehsalı artıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.