Siyasət

14 Avqust

ABŞ-da neft və qaz qurğularının sayı yenidən azalıb

ABŞ-da aktiv neft və qaz qazma qurğularının sayı ardıcıl 5-ci həftə azalıb.

Fins.az xəbər verir ki, bu barədə “Baker Hughes” məlumat yayıb.

5-11 avqust həftəsində aktiv neft və qaz qazma qurğularının ümumi sayı 5 ədəd azalaraq 654 ədəd olub və 2022-ci ilin martından bəri ən aşağı göstəriciyə çatıb.

Eniş son 15 həftənin 14-də müşahidə olunub.

Belə ki, hesabat həftəsində fəaliyyət göstərən neft-qaz qazma qurğularının ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 ədəd və ya 14% azalıb.

“Baker Hughes”-a görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı ardıcıl səkkiz həftə ərzində 525 ədədə endikdən sonra hesabat həftəsi ərzində dəyişməz qalıb. Aktiv qaz qazma qurğularının sayı 5 ədəd azalaraq 2022-ci ilin fevralından bugünə olan müddətdə minimuma enərək 123 ədəd təşkil edib.