Siyasət

14 Avqust

Ağdamdakı bağlardan indiyədək 358 ton meyvə toplanıb

Ağdam rayonunda meyvə yığımı davam edir.

Fins.az xəbər verir ki, Ağdam Rayon Statistika İdarəsindən bildirilib ki, rayondakı meyvə bağlarından indiyədək 358 ton meyvə yığılıb. Məhsulun 49,2 tonu alma, 38,8 tonu armud, 38 tonu ərik, 47,6 tonu albalı, 36 tonu şaftalı, 40,7 tonu gavalı, 36,6 tonu alça, 27,4 tonu gilas, 19,5 tonu fındıq, 24,2 tonu digər meyvələrdir. Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri həmçinin 597,8 ton giləmeyvə toplayıblar.