Siyasət

10 Avqust

Azərbaycanda sənaye istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-iyul aylarında 39,8 mlrd. manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, hesabat dğvründə neft-qaz sektorunda məhsul istehsalı 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 6,5% artıb.

“Sənaye məhsulunun 69,1%-i mədənçıxarma sektorunda, 25,7%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olub.

Məlumata görə, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,3% artıb.