Siyasət

09 Avqust

ABŞ neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 79,34 dollardan 82,62 dollaradək yüksəldib.

Fins.az-ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 86,48 dollar təşkil edə bilər (öncəki proqnoz – 83,51 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 77,79 dollar (öncəki proqnoz – 74,43 dollar), 2024-cü ildə isə 81,48 dollar (öncəki proqnoz – 78,51 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.