Siyasət

07 Avqust

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb

"Azpal" QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 37-yə çatıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58,9 milyon manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.