Siyasət

04 Avqust

Avropada qazın qiyməti 350 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 350 ABŞ dollarını ötüb.

Fns.az xəbər verir ki, 4 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 351,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (346,6 dollar) ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.