Siyasət

04 Avqust

STAR NEZ dizel yanacağı istehsalını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) 2023-cü ilin may ayında 590 643 ton dizel yanacağı istehsal edib. 2022-ci ilin həmin ayında isə bu göstərici 574 577 ton olub.

Fins.az Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir ki, 2023-cü ilin may ayında NEZ-də dizel yanacağı istehsalı illik hesablamada 2,8 faiz artıb.

SOCAR Türkiye STAR NEZ-də 2023-cü ildə 12 milyon tondan çox neft emal etməyi planlaşdırır. Neft-kimya məhsullarının istehsalında Qara dəniz regionu, Afrika ölkələri və bir sıra digər ölkələrdən xam neftdən istifadə olunur.

Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında işə salınıb.

STAR zavodunun illik emal gücü 10 milyon tona yaxındır. Zavod gündəlik 214 000 barel xam neft emal etmək gücündədir.

©Trend