Siyasət

04 Avqust

bp "Azəri-Çıraq-Günəşli"də yeni platformasının üst blokunun tikintisini başa çatdırıb

bp şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda "Mərkəzi Şərqi Azəri" (ACE) platformasının üst blokunun tikintisini başa çatdırıb.

Fins.az bu barədə bp-yə istinadən xəbər verir.

bp-nin məlumatlarına əsasən, üst modulların 2023-cü ilin üçüncü rübündə dənizə yola salınacağı gözlənilir.

Qeyd edək ki, 6 milyard dəyərindəki ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. ACE platforması və avadanlığı gündəlik 100 min barelədək neft emalı üçün nəzərdə tutulub. Layihənin bütün icra müddəti ərzində 300 milyon barelədək neft hasil ediləcəyi gözlənilir. Platforma məsafədən Səngəçal terminalından idarə olunacaq və yeni innovativ avtomatlaşdırma sistemini özündə birləşdirəcək.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

©Trend