Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azər-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 1997-ci ilin noyabrında istismara verildikdən sonra 2023-cü ilin birinci yarısının sonunadək 4,3 milyard barel neft hasil olunub.
Fins.az bu barədə bp-yə istinadən xəbər verir.
2023-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel və ya 9 milyon ton olub.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%).
©Trend