Siyasət

03 Avqust

Səngəçal terminalından neft və kondensat ixracı artıb

2023-cü ilin ilk altı ayı ərzində Səngəçal terminalı təxminən 115 milyon bareldən çox neft və kondensat ixrac edib.

Fins.az bu barədə bp-yə istinadən xəbər verir.

Təqribən 114 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) marşrutu vasitəsilə ixrac olunub.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin birinci yarısında Səngəçal terminalı təxminən 115 milyon bareldən çox neft və kondensat ixrac edib. Beləliklə, terminal vasitəsilə neft və kondensat ixracının həcmi illik hesablamada 0,9 faiz artıb.

2023-cü ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon kubmetrdir.

Qaz terminaldan Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

©Trend