Siyasət

03 Avqust

İlin birinci yarısında AÇG-də 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanıb

İlin birinci yarısında “Azəri-Çıraq-Günəşli”də (AÇG) 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanıb.

Fins.az BP-nin cari ilin birinci yarısının yekun hesabatına istinadla xəbər verir ki, həmin dövrdə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.