Siyasət

01 Avqust

BP-nin ikinci rübdə mənfəəti 70 % azalıb

Britaniyanın enerji şirkəti BP-nin ikinci rübdə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 70 % azalaraq 2,6 milyard dollar təşkil edib.

Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, analitiklər ikinci rübdə 3,5 milyard dollar mənfəət gözləyirdilər.

BP-nin bu ilin birinci rübündə mənfəəti təxminən 5 milyard dollar təşkil edib. Şirkət həmçinin 1,5 milyard dollarlıq səhm geri alacağını açıqlayıb.

Qeyd edək ki, “Shell”, “TotalEnergies” və “ExxonMobil”in böyük neft şirkətlərinin ikinci rübdəki mənfəətlərində də kəskin azalma müşahidə olunub.

Zəminə Hüseyn
Fins.az