Siyasət

31 İyul

Böyük Britaniya Şimal dənizində 100-dən çox neft və qaz lisenziyası verəcək

Britaniya hökuməti Şimal dənizində neft və qaz sənayesini dəstəkləməyə davam edəcəyini və enerji müstəqilliyini və təhlükəsizliyini təmin etmək üçün Şimal dənizində 100-dən çox yeni neft və qaz lisenziyası verəcəyini açıqlayıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, Şimal dənizində 200 000 işçisi olan neft və qaz sənayesini dəstəkləyən Britaniya hökuməti Şimal Dənizinin Dönüşüm Təşkilatı (NSTA) ilə birgə öhdəlik götürərək, regionda 100-dən çox yeni neft və qaz lisenziyası verəcək.

Şimal dənizində lisenziyalaşdırmanın 33-cü mərhələsi çərçivəsində yeni lisenziyalar ilk olaraq payızda veriləcək.

Zəminə Hüseyn
Fins.az