Siyasət

28 İyul

British Gas ilin birinci yarısında mənfəətini iki dəfə artırıb

Birləşmiş Krallıqda ən böyük enerji təchizatı şirkəti olan British Gas-ın açıqladığı maliyyə nəticələrinə görə, ilin ilk yarısında qazancları böyük artım göstərdi.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu ilin ilk yarısında qazancı keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 900 % artaraq 969 milyon sterlinqə çatdı.

Ölkədə 10 milyon müştərini enerji ilə təmin edən şirkət, enerji böhranına qarşı tətbiq edilən tavan qiymətləri dövründə böyük mənfəət artımı yaşadı.

Zəminə Hüseyn
Fins.az